Azsfera Consulting Məhdud Məsuliyyətli Cəmiyyəti öz peşəkar komantası ilə dayanıqlı və operativ xidmətlər təflif edir. Əməyin mühafizəsi xidməti üzrə təklif olunan xidmətlərimiz;

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi.

  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi.

  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;

  • İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçiləri məlumatlandırmaq;

  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;

  • Müəssisənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək və bu barədə işəgötürəni məlumatlandırmaq;

  • Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırması üçüm tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;

  • Müəssisədə kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin tərtib edilməsində iştirak etmək;

  • Müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun yoxlanılması və bu barədə sifarişçiyə təkliflər vermək;

  • Əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidənqurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işəgötürənin nümayəndəsi qismində iştirak etmək;

  • Müəssisə bölmələrinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək;

  • Müəssisənin və müvafiq xidmətlərin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edilməsi;

  • Müəssisənin bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərmək;

  • Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçilməsinə köməklik etmək;

  • İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların; əməyin mühafizəsi sistemi standartların müəssisə standartının; iş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması;

  • Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək;

  • Müəssisə işçilərinin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;

  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;

  • Müvafiq müddətə və müəyyən olunmuş formada əməyin mühafizəsi üzrə hesabat hazırlamaq;

  • Qanunvericiliklə təsbit olunan normalara uyğun hasarlama, qoruyucu və bloklama qurğuları, konstruksiyaları, təhlükəli və zərərli istehsalat amillərinin təsirindən digər müdafiə vasitələrinin hazırlanması və tətbiqi haqqında təkliflər hazırlayıb vermək;

  • Müəssisənin əməyin mühafizəsi fondundan istifadə edilməsi üzrə təkliflərin ümumiləşdirilməsi və təhlil edilməsi;

  • Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işəgötürənin və işçilərin nəzərinə çatdırmaq;

  • Normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə sənədlərin ( №-1 akt forması və istehsalatda bədbəxt hadisələrin təhqiqi üzrə digər sənədlər, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin protokollarını, iş yerlərinin attestasiya və sertifikasiya və s. materialların) saxlanılmasının təşki üçün kargüzarlıq qaydalarına uyğun hazırlanması və saxlanılması üçün sifarişçiyə təqdim olunması;

  • İşçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, sifarişçinin nümayəndəsinin iştirakı ilə təhqiq etmək və təhqiqat nəticəsində aşkar olunmuş çatışmamazlıqlar və nöqsanların aradan qaldırılması üzrə işəgötürənə təkliflər vermək;

  • Əməyin mühafizəsi kabinetinin işinə, müəssisədə əməyin mühafizəsi üzrə informasiyanın və təbliğatın təşkili işinə köməklik etmək;

  • İş yerlərini əməyin mühafizəsi üzrə nişan, plakat və löhvələrlə təchiz etmək, layihələndirmək və quraşdırmaq;

AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19

+994 50 234 55 65

  • TELEFON

+994 55 234 55 65

+994 70 234 55 65

  • E-POÇT

office@azsferaconsulting.com

  • ÜNVAN

ƏLAQƏ VASİTƏLƏRİ

info@azsfera.az

            Azsfera Consulting tərəfindən təklif olunan xidmətlər və xidmət haqqı tarifləri barədə ətraflı məlumat almaq üçün təklif al bölməsindən bizə sorğu göndərə bilərsiniz. Eyni zamanda əlaqə vasitələrimizdən istifadə edərək xidmətlərimiz və xidmət haqqı tariflərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.